Son sutkada Gürcüstanda koronavirusa yoluxanların STATİSTİKASI
Gürcüstanda ötən sutkada daha 4 318 nəfərin koronavirusa yoluxduğu müəyyən olunub, 70 pasiyent vəfat edib.
Bu barədə ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzindən bildirilib.
Gürcüstanda indiyə qədər COVID-19-a 808 889 yoluxma halı təsdiqlənib. Yoluxanların 11 422-si ölüb.
www.anews.az
























