• $
  • €
  • ₽
  • ₺
  • £

Saakaşvilinin səhhəti ilə bağlı həkimlərin - Rəyi

Saakaşvilinin səhhəti ilə bağlı həkimlərin - Rəyi
21.11.2021 09:50
"Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili təyin olunmuş sxem üzrə yeməyə başlayıb”.

"Qafqazinfo” gürcü mediasına isitnadən xəbər verir ki, bunu Gürcüstan Dövlət Şurasının üzvü Nino Şaraşenidze deyib. Baş nazir İrakli Qaribaşvilinin tapşırığı ilə yaradılan şura əvvəlcə Saakaşviliyə şənbə günü gecə köçürüldüyü Qori xəstəxanasında baş çəkib.
"Biz laboratoriya tədqiqatları ilə tanış olduq, terapevtik vəziyyəti qiymətləndirdik, gələcək laboratoriya tədqiqatlarını təyin etdik, müalicə rejimini və dərmanları seçdik”, - Şaraşenidze bildirib.

O qeyd edib ki, Saakaşvili artıq dietoloq və qastroenteroloq tərəfindən də müayinə olunub:

"Biz gələcək gün üçün plan, müalicə və qidalanmanın yeni taktikasını hazırlamışıq”. 
Onun sözlərinə görə, Saakaşvilinin baş ağrıları və səhhətində müəyyən problemlər davam edir.

Nevroloq Aleksandr Tsiskaridze öz növbəsində Saakaşvilinin nevroloji vəziyyətinin dünənlə müqayisədə yaxşılaşdığını, lakin bəzi problemlərin qaldığını qeyd edib.

"Ümid edirik ki, adekvat müalicə fonunda vəziyyət pisləşməyəcək. Hələlik arxayınlaşmamalıyıq. Ümid edirik ki, daimi monitorinq fonunda fəsadların qarşısını almaq olar”, - Tsiskaridze deyib.
Hazırda şuranın həkimləri yazılı rəy hazırlamağa hazırlaşır.
Qeyd edək ki, Saakaşvili şənbə günü gecə həbsxana klinikasından Qori hərbi  hospitalına köçürüldükdən sonra 50 günlük aclıq aksiyasına son qoyub. Hazırda o, reanimasiya şöbəsindədir.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol