Bolqarıstanda prezident seçkilərinin ikinci turu keçirilir

Bolqarıstanda prezident seçkilərinin ikinci turu keçirilir.
"Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, saat 07:00-da ölkədə 13 minə yaxın seçki məntəqəsi açılıb. Dünyanın 68 ölkəsində daha 750 seçki məntəqəsi fəaliyyət göstərəcək. Təxminən 6,7 milyon vətəndaşın səsvermə hüququ var.
Qeyd edək ki, noyabrın 14-də keçirilmiş birinci turda Radev 49,41%, Qercikov 22,82% səs toplamışdı.
www.anews.az
























