Amerika donanmasında nüvə sualtı qayıqları və hipersəsli raketlərin sayı artırılır

ABŞ 2025-ci ildə özünün esmineslərini hipersəsli raketlərlə, 2028-ci ildə isə nüvə sualtı qayıqları ilə təchiz etməyə başlayacaq.
"Report" xəbər verir ki, bu barədə ABŞ Hərbi Dəniz Qüvvələrinin strateji sistem proqramları üzrə direktoru vitse-admiral Conni Vulf bildirib.
Onun sözlərinə görə, ABŞ 2022-ci ildə hipersəsli raketlərin iki tam miqyaslı sınağını keçirməyə hazırlaşır.
www.anews.az
























