Liviya 2 il sonra 7 Türkiyə vətəndaşını azad etdi

Liviyanın şərqində 2 ildir girov saxlanılan 7 Türkiyə vətəndaşı Türkiyə Milli Kəşfiyyat Təşkilatı və Qətər Kəşfiyyat Təşkilatının birgə səyi ilə azad edilib və ölkələrinə gətirilib.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyəyə qayıdan vətəndaşlara zəng edərək onlara "keçmiş olsun” diləklərini çatdırıb. Azad edilən şəxslər də Ərdoğana təşəkkürlərini bildiriblər.
www.anews.az
























