Kreml Ukraynaya xəbərdarlıq etdi

"Ukrayna Qara dənizdəki NATO təlimləri maskası altında öz problemlərinə hərbi çözüm axtarır. Ancaq bu, bütün Avropa üçün fəlakətə səbəb ola bilər”.
"Böyük ehtimalla, Ukrayna öz problemini hərbi yollarla həll etməyə çalışır. Özü və Avropadakı hər kəs üçün bir fəlakət yaratmağa çalışır. Ukrayna bunun üçün çabalayır.
Bunu NATO-nun Qara dənizdə təlim keçən gəmilərinin, bölgədə get-gedə sayı artan ABŞ, İngiltərə əsgərlərinin maskası altında həyata keçirmək istəyir. Əlbəttə, bu, ürəkbulandıran mənzərədir. Son dərəcə ciddi nəticələri olacaq”, - Peskov vurğulayıb.
Peskov NATO-nun Moskva ilə Qərb arasındakı əlaqələrdəki gərginlikdən çıxış yolu tapmaq üçün Rusiya sərhədlərinin yaxınlığındakı təhrikedici fəaliyyətlərə son qoyması və hərbi infrastrukturunu Rusiyaya doğru genişləndirməyi dayandırmasının zəruriliyinə diqqət çəkib:
www.anews.az
























