ABŞ 4 əfqana terrorizmə görə sanksiya tətbiq etdi

ABŞ dörd Əfqanıstan vətəndaşını terrorizmə görə sanksiyalar siyahısına əlavə edib.
"Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ABŞ Xəzinədarlıq Departamenti məlumat yayıb.
Maliyyə Nazirliyinin məlumatına görə, Xalozai İŞİD-in bir qolu olan "Xorasanda İslam Dövləti” ilə əlaqəlidir. O, Türkiyədəki pul köçürmələri firmasının və BƏƏ-dəki biznesin köməyi ilə qrupu maliyyələşdirib. Bundan əlavə, o, Əfqanıstandan Türkiyəyə terrorçu kuryerlərin nüfuz etməsinə kömək etməkdə şübhəli bilinir.
www.anews.az
























