“ABŞ Rusiyaya qarşı nüvə silahı təlimi keçirib” - Şoyqu

"ABŞ strateji bombardmançıları Rusiyaya qarşı nüvə silahı təlimi keçirib".
"Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bunu Rusiyanın müdafiə naziri Sergey Şoyqu Çinin müdafiə naziri general Vey Fınqhi ilə onlayn görüşündə deyib.
Şoyqu həmçinin qeyd edib ki, ABŞ-ın strateji bombardmançı təyyarələri Rusiyaya qarşı eyni vaxtda şərq və qərb istiqamətindən nüvə silahı təlimi keçiriblər:
"Qlobal Tunder manevri zamanı sözügedən təlimi 10 təyyarə ilə həyata keçiriblər".
www.anews.az
























