Qasparyanın mühafizə xidmətinin rəisi həbs edildi

Ermənistan polisinin keçmiş rəhbəri Vladimir Qasparyanın mühafizə xidmətinin rəisi Arşak Akopyan iki ay müddətinə həbs edilib.
İstintaq materiallarına görə, 2017-2018-ci illərdə polis strukturunda yüksək vəzifə tutan Akopyan 22 milyon dram (44 min dollar) dəyərində əmlakını, 7 milyon dramlıq evini (14 min dollar), ümumi dəyəri 90 min dollar olan iki avttomobilini əmlak bəyannaməsində göstərməyib.
www.anews.az
























