• $
  • €
  • ₽
  • ₺
  • £

“Facebook”da qeydiyyatdan keçmiş ilk 20 şəxs - SİYAHI

“Facebook”da qeydiyyatdan keçmiş ilk 20 şəxs - SİYAHI
11.05.2014 10:15

“Facebook” sosial şəbəkə saytı dünyanın bir çox ölkələrində, eləcə də Azərbaycanda da ən populyar ünsiyyət saytı olaraq liderliyini qoruyur.

Hazırda bir ölkə qədər istifadəçisi olan şəbəkə saytını ilk əvvəllər istifadəçisi az olub. 

İlk qeydiyyatdan keçənlərin bəziləri bəlkə də nə vaxtsa, “Facebook”un bu dərəcədə şəbəkənin populyarlaşacağını düşünməmişdilər. Lakin həmin şəxslər hazırda “Facebook”da ilk qeydiyyatdan keçənlər olaraq texnologiya tarixinə düşüblər.

İlk qeydiyyatdan keçən həmin 20 nəfərin siyahısını sizə təqdim edirik:

20. Co Qrin - Qrin əvvəldən “Facebook”la bağlı olub. O, Zukerberqə “Facebook”un ilkin forması olan “Face Mash”-in hazırlanmasında kömək edib. Lakin sonralar "Face Mash" Co və Zukerberq üçün problemə çevrilib. Buna görə də Conun atası oğlunun Zukerberqlə işləməsinin əleyhinə idi. Buna baxmayaraq, Co Mark hazırda bütün dünyada məşhur olan şəbəkəni istifadəyə buraxdıqda onun yanında olan azsaylı insanlardan biri idi. Hazırda Co “FWD.us”-ın həmtəsisçisidir. 

19. Eduardo Saverin - Saverin Zukerberqin varlı dostu idi. O, ilk vaxtlar Zukerberqə şirkətini maliyyələşdirməkdə kömək edirdi. Eyni zamanda Eduardo “Facebook”un reklamı ilə məşğul olurdu. “Facebook”da həmtəsisçi statusunun saxlanılması ilə bağlı məhkəmə işini udduqdan sonra Saverin start-up-ların maliyyələşdirilməsinə başlayıb. 

18. Eboni Hazl - Eboni 2002-2006-cı illərdə Harvardda təhsil alıb. O, Mark Zukerberqlə elə həmin vaxtlarda dostluq edirdi. Buna görə də Eboni şəbəkədə qeydiyyatdan keçmiş ilk insanlardandır. Hazırda Eboni “Gibson Dunn & Crutcher”in əməkdaşıdır.

17. Alana V.Devis - Devis də həmçinin, Zukerberqlə Harvarddan tanış idi, odur ki, o da Eboni kimi ilk istifadəçilərdəndir. Hal-hazırda Alana “Google”da işləyir.

16.Devid Hammer - Devid Harvardın keçmiş tələbələrindən idi və Facebookun digər istifadəçiləri, o cümlədən, Zukerberqlə tanış idi. Harvardı bitirdikdən sonra Devid “Google”da işə başlayıb. Eyni zamanda o, “Emissary.io” şirkətinin əsasını qoyub.

15. Devid Cekus - Cekus da 2006-cı ildə Harvard Universitetini bitirib. Bundan sonra o, Nyu-Yorka köçmüş və “Aquiline Advisors”da analitik kimi işə başlayıb.

14.Kolin Cekson - Cekson Facebook haqda ilk dəfə şəxsi qrupu AEPİ-dən xəbər tutmuşdur. Zukerberq özü də bu qrupun üzvü idi. Cekson Rokfeller Universitetində elmi işçi olmuşdur. Hal-hazırda isə “Tufts”da tibbi öyənir.

13. Kang-Xing Jin - Jin də Harvardda təhsil alıb və Zukerberqlə ən azı iki eyni dərsə girirdi. O cümlədən, Jin Facebookun hazırlanmasında Marka kömək edib. Jin“Facebook”a universiteti bitirdikdən sonra, 2006-cı ildə qoşulub. Hazırda Jin "Facebook"da texniki direktordur.

12. Sara Qudin - Sara Facebooka qoşulmuş ilk qız idi. Sara da Harvardda təhsil almış, Markın otaq yoldaşı, Samur Layne ila dostluq edib. Hazırda Sara Kaliforniya İncəsənət Kollecində fəaliyyət göstərir.

11. Samur Layne - Samur Zukerberqin otaq yoldaşı idi. O, idmançı idi. Samur və Mark bəzən bütün gecəni PlayStation oynamaqla keçirirdilər. Layne 2012-ci il Londonda Olimpiya oyunlarında iştirak edib. Hal-hazırda o, kitab yazır və Haitida uşaq evlərinin tikilməsinə kömək edir.

10. Zak Berku - “Facebook” haqqında ilk dəfə AEPİ- dəki keçid vasitəsilə öyrənib. Harvardı bitirdikdən sonra Zak bir il İsraildə yaşayıb. Hazırda Zak Nyu-Yorkda rentgen şöbəsində işləyir.

9. Manuel Antonio Aqilar - Manuelin otaq yoldaşı Mark Kaqanoviç Mark Zukerberqlə riyaziyyat dərslərinə girirdi, o da Manuelin “Facebook”a qoşulmasında vasitəçilik edib.

Hal-hazırda Manuel iki start-up-ın banisidir. Eyni zamanda o, Cassa tikinti şirkətinin prezidentidir.

8. Andrey Boros - Andrey hazırda Londonda yaşayır və Capeview Capital şirkətində işləyir.

7. Mark Kaqanoviç - Kaqonoviç Zukerberqlə birlikdə riyaziyyat dərslərinə girirdi. 2013-cü ildə Kaqanoviç Stendford Universitetinin doktorluq dərəcəsini alıb. Hal-hazırda Mark SolveBio şirkətinin təsisçisi və icraçı direktorudur.

6. Kolin Kelli - Kelli son üç ili vəkil kimi fəaliyyət göstərib.

5. Endryu Makkolam - Endryu da Harvardı bitirmiş və Markla birlikdə “Əməliyyat sistemləri” dərslərinə girib. Zukerberq Makollamdan “Facebook”un ilk loqotipini hazırlamağı xahiş edib.

4. Arie Hasit - Hasit hal-hazırda İsraildə yaşayır və yerli dini qruplardan birinin mənəvi lideridir.

3. Dastin Moskovits - Dastin Harvarddakı tələbəlik illərində Zukerberqin otaq yoldaşı olub. O, hazırda Asananın həmtəsisçisidir və texnoloji start-up-ların maliyyələşdirilməsi ilə məşğuldur.

2. Kris Hyuz - Hyuz Facebookun həmtəsisçilərindən biri və Markın otaq yoldaşı olub. Hazırda Hyuz dünyanı dəyişdirmək üçün sosial mediadan istifadə etməyə çalışan Jumo start-up-ın banisidir.

1 . Mark Zukerberq - Zukerberq dünyaca məşhur Facebookun yaradıcısıdır. Hazırda “Facebook”da fəaliyyət göstərir.

ANS PRESS

Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol