İnadkar gürcü jurnalist Lavrovu ingilis dilində danışmağa məcbur etdi - Video

Rusiyanın xarici işlər naziri Sergey Lavrovla Gürcüstanın "Rustavi-2” telekanalının jurnalisti Tamara Nutsubidze arasında maraqlı dialoq yaşanıb.
"Qafqazinfo” xəbər verir ki, hadisə Stokholmda keçirilən mətbuat konfransında baş verib.
"Rustavi-2” telekanalının əməkdaşı ingilis dilinin problem olub-olmadığını soruşub. S.Lavrov da gülümsəyərək, ondan rus dilinin onun üçün problem olub-olmadığını soruşub.
"Bu sizin üçün problemdir?" - Serey Lavrov soruşub. Gürcü jurnalist yenə də rus dilində danışmaqdan imtina edərək sualı ingilis dilində verib.
Nəticədə, gürcü jurnalistin ingilis dilində verdiyi suala S.Lavrov rusca cavab verib.
www.anews.az
























