İranın İsfahan əyalətində sərnişin avtobusu yük maşını ilə toqquşub və aşıb.
Qəza yerli vaxtla saat 03:20 radələrində Fin bağı bölgəsində baş verib. Qəza nəticəsində 8 nəfər ölüb, 16 nəfər yaralanıb. Yaralılar xəstəxanaya çatdırılıb.
Qəzanın baş verməsinə səbəb yük maşını sürücüsünün yorğun və yuxulu olması olub.