• $
  • €
  • ₽
  • ₺
  • £

Bayden: "Rusiya Ukraynaya hücum etsə, NATO ölkələrinə qoşun göndərəcəyik"

Bayden: "Rusiya Ukraynaya hücum etsə, NATO ölkələrinə qoşun göndərəcəyik"
12.12.2021 14:00
ABŞ Rusiyanın ehtimal edilən "hücum”unun olacağı təqdirdə öz qoşunlarını Ukraynaya deyil, qonşu NATO ölkələrinə göndərmək niyyətindədir.

"Report” Ağ Evin saytına istinadən xəbər verir ki, bu barədə ABŞ Prezidenti Cozef Bayden həftə sonunu keçirdiyi Delaver ştatının Vilminqton şəhərində jurnalistlərin suallarını cavablandırarkən bildirib. Çıxış Ağ Evin saytında yayımlanıb.

Dövlət başçısından Rusiya Federasiyasının basqın edəcəyi təqdirdə Ukraynada Amerika qoşunlarının yerləşdirilməsi ideyasından niyə imtina etmək qərarına gəldiyini soruşulub. "Onlara heç vaxt baxılmayıb", - deyə Prezident cavab verib.
"Və siz Rusiya ilə döyüş meydanında vuruşmaq üçün Amerika qoşunlarını Ukraynaya müharibəyə göndərməyə hazırsınızmı?", - deyə Prezident özü sual verib.

Baydenin sözlərinə görə, o, Rusiya lideri ilə onlayn sammit zamanı Vladimir Putinə "hücum" olarsa, Amerika qoşunlarının NATO-nun şərq cinahında yerləşən Buxarest doqquzluğu” (B9) ölkələrinə (Bolqarıstan, Macarıstan, Latviya, Litva, Polşa, Rumıniya, Slovakiya, Çexiya və Estoniya) göndəriləcəyini deyib.

"Biz NATO-nun şərq cinahına daha çox NATO və Amerika qoşununu göndərməli olacağıq - bütün NATO ölkələrini Rusiyanın istənilən hücumundan qorumaqla bağlı müqəddəs öhdəliyimiz var", - Amerika lideri bildirib.

Eyni zamanda o, əlavə edib ki, Birləşmiş Ştatlar "Ukrayna xalqını müdafiə qabiliyyəti ilə təmin etməyə davam edəcək”. Lakin ABŞ lideri bunun mahiyyətini tam açıqlamayıb.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol