• $
  • €
  • ₽
  • ₺
  • £

Tixanovskayanın həyat yoldaşı həbs edildi

Tixanovskayanın həyat yoldaşı həbs edildi
14.12.2021 22:58
Belarus müxalifətinin lideri Svetlana Tixanovskayanın həyat yoldaşı Sergey Tixanovski bir sıra cinayətlərə, o cümlədən, kütləvi iğtişaşların təşkilinə görə 18 il müddətinə azadlıqdan məhrum edilib.

"Qafqazinfo”xəbər verir ki, bu barədə belaruslu bloqer Sergey Tixanovskinin vəkili Viktor Matskeviç bildirib.

Vəkil qərardan apellyasiya şikayəti verəcəklərini deyib.

"Sergey 18 il müddətinə azadlıqdan məhrum edilib. Biz bu qərara etiraz etmək üçün qanunla nəzərdə tutulmuş bütün tədbirləri görəcəyik”, - Matskeviç vurğulayıb.

"Sputnik Belarus”un xəbərinə görə, Tixanovskinin tərəfdarları da müxtəlif cəzalara məhkum ediliblər.

2010-cu ildə Belarusda prezident seçkilərində namizəd olmuş Nikolay Statkeviç 14 il, ekstremist "Belarus beyinləri” "Telegram” kanalının rəhbəri İqor Losik və bloqer Vladimir Tsiqanoviç 15 il, Tixanovskinin "Youtube” layihəsinin operatoru Artem Sakov və sosial media moderatoru Dmitri Popov hər biri 16 il müddətinə azadlıqdan məhrum edilib.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol