• $
  • €
  • ₽
  • ₺
  • £

Ermənilər Rusiyanı artıq dost ölkə hesab etmir - “Ən yaxşı müttəfiq kimdir?”

Ermənilər Rusiyanı artıq dost ölkə hesab etmir - “Ən yaxşı müttəfiq kimdir?”
15.12.2021 23:45
Bu ilin oktyabr-noyabr aylarında İrəvanda "Ermənistanın ən yaxşı müttəfiqi kimdir - Rusiya və ya Fransa?” mövzusunda sosioloji sorğu keçirilib.

"Qafqazinfo”nun virtualaz.org-a istinadən xəbərinə görə, məlum olub ki, 2019-cu ildən fərqli olaraq, ermənilərin əksəriyyəti Rusiyanı deyil, Fransanı ən yaxın dost ölkə hesab edir.

Fransanın mövqeyi iki il əvvəlki sorğu ilə müqayisədə dörd dəfə artıb, Rusiyanın müttəfiq rolu isə xeyli zəifləyib.
Sorğunun nəticələri haqda "Ermənistanın Avrasiya İqtisadi İttifaqında üzvlüyünün yeddi ili: Avrasiya inteqrasiyası dünən, bu gün, sabah” adlı konfransda Avrasiya Ekspert Klubunun üzvü Samvel Manukyan danışıb.

Onun sözlərinə görə, respondentlərə birbaşa sual verilib:
"Siz Rusiya/Fransanı Ermənistan üçün dost və ya neytral ölkə hesab edirsiniz?”

Məlum olub ki, respondentlərin 35 faizi Rusiyanı, 43 faizi isə Fransanı dost ölkə hesab edir. Digər tərəfdən, Rusiya 17 faiz, Fransanı isə 2 faiz dost olmayan ölkə hesab edir.
"Qeyd edək ki, Ermənistanda ermənilərin geosiyasi oriyentasiyası uğrunda gedən informasiya müharibəsində Rusiya və vahid Qərbin mövqeləri qeyri-bərabərdir”, - Manukyan erməni respondentlərin seçimini izah etməyə çalışır.

"Rusiyaya Avrasiyanın geniş məkanının inkişafı üçün Qafqazda sülh lazımdır, Qərbin strategiyası isə Avrasiya məkanının inteqrasiyasına mane olmaq üçün Rusiyanın periferiyasında münaqişələri və müharibələri qızışdırmaqdır”.
Ekspertin fikrincə, Ermənistan cəmiyyətində anti-Rusiya əhval-ruhiyyəsi artır.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol