Pakistanda partlayış - 12 ölü, 12 yaralı

Pakistanın Kəraçi şəhərində təbii qaz boru kəmərində baş verən partlayış nəticəsində, ilkin məlumata görə, 12 nəfər ölüb, 12 nəfər yaralanıb.
Bölgədə axtarış-xilasetmə işləri davam edir
www.anews.az
Anews.az xarici KİV-ə istinadən xəbər verir ki, partlayış nəticəsində çoxlu sayda ev, iş yeri və avtomobilə ziyan dəyib.
Təhlükəsizlik qüvvələri partlayışın qaz sızması səbəbindən baş vermə ehtimalını nəzərdən keçirir.
www.anews.az
























