ABŞ vətəndaşlarını Ukraynaya getməməyə çağırdı
ABŞ Dövlət Departamenti öz vətəndaşlarını Ukraynaya səyahət etməməyə çağırıb.
Bildirilib ki, xəbərdarlıq koronavirus pandemiyası və Ukraynada Rusiya təhdidinin artması ilə bağlıdır.
Xəbərdarlıqda o da vurğulanıb ki, rus hərbi hərəkatının ola biləcəyi bölgələrdə və Rusiyanın nəzarətindəki Krım, Donetsk və Luqansk kimi bölgələrdə konsulluq xidmətləri də ciddi təsirə məruz qalır.
www.anews.az
























