Rektor sifarişlə adam öldürməyə görə həbs edildi

Moskvanın Basmannı məhkəməsi muzdla adam öldürmə işi üzrə təqsirləndirilən Kazan Federal Universitetinin rektoru İlşat Qafurovu 2022-ci il fevralın 21-dək həbs edib.
"Məhkəmə istintaqın vəsatətini təmin edib və İ.R.-nin barəsində həbs-qətimkan tədbiri seçilib. Artıq rektora müvafiq maddə ilə ittiham irəli sürülüb”.
Məlumata görə, Qafurov istintaqa muzdla adam öldürməyə təhrik maddələri üzrə təqsirləndirilən şəxs qismində cəlb edilib.
www.anews.az
























