Türkiyə DİN İstanbul Böyükşəhər Bələdiyyəsində yoxlamalara başladı

Türkiyə Daxili İşlər Nazirliyi (DİN) İstanbul Böyükşəhər Bələdiyyəsində (İBB) təftişə başlayıb.
"İBB, ona tabe olan şirkətlərdə 455-i Kürdüstan Fəhlə Partiyası (PKK) / Kürdüstan İcmalar Birliyi (KCK), 80-i İnqilabçı Xalq Azadlıq Partiyası-Cəbhəsi (DHKP-C), 20-si Marksist-Leninçi Kommunist Partiyası (MLKP), ikisi Marksist Kommunist Partiyası (MKP) olmaqla, bəzilərinin FETÖ və digər terror təşkilatlarına bağlı olduğu müəyyən edilərək, DİN tərəfindən xüsusi yoxlama aparılır”, - məlumatda deyilir
www.anews.az
Anews.az xəbər verir ki, bu barədə nazirliyin Tvitter səhifəsində məlumat paylaşılıb.
Bildirilib ki, təftiş İBB tabeliyindəki şirkətlərə təyin edilmiş kadrlar arasında terrorçuların olması şübhəsi ilə əlaqədardır.
www.anews.az
























