Ermənistanda İrəvan-İstanbul uçuşlarına rəsmi icazə verildi

Ermənistan Mülki Aviasiyası Ermənistanın "Flyone Armenia” aviaşirkətinə İrəvan-İstanbul-İrəvan marşrutu üzrə çarter reysləri həyata keçirməyə icazə verib.
"Flyone Armenia” bir neçə gün əvvəl Ermənistan və Türkiyənin aviasiya rəhbərliyinə İrəvan-İstanbul-İrəvan marşrutu üzrə çarter reyslərinin yerinə yetirilməsi üçün icazə almaq xahişi ilə müraciət edib. Ermənistanın Mülki Aviasiya Komitəsinə bu məsələyə müsbət yanaşmasına görə təşəkkür edirik”, - Ananyan qeyd edib.
Xatırladaq ki, dekabrın 16-da Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bəyan edib ki, Ankara İstanbul-İrəvan-İstanbul reyslərinin açılması üçün Türkiyə və Ermənistan aviaşirkətlərinin müraciətlərinə baxır. Dekabrın 23-də Türkiyənin nəqliyyat və infrastruktur nazirinin bəyanatına əsasən, Türkiyənin "Pegasus” aviaşirkəti İrəvana uçuşlar həyata keçirəcək. Türkiyə tərəfi hələlik uçuşların vaxtı ilə bağlı təfərrüatları açıqlamayıb.
www.anews.az
























