ABŞ yüzlərlə əfqanın viza müraciətlərini rədd etdi

Humanitar səbəblərdən ABŞ-a müvəqqəti giriş istəyən yüzlərlə Əfqanıstan vətəndaşının müraciətləri rədd edilib.
Bildirilib ki, Büro ABŞ-ın Əfqanıstandan çıxarılmasından sonra "humanitar statuslu vizalar” üçün 35 mindən çox müraciət qəbul edib.
Qurumun sözçüsü Viktoriya Palmer bu həftə 140-dan çox müraciəti şərti olaraq qəbul etdiklərini, 470-ə yaxın müraciətin isə rədd edildiyini söyləyib.
ABŞ-da qanuni daimi yaşayış yeri təklif etməyən bu proqrama hər il təxminən 2000 müraciət daxil olur və orta hesabla 500 müraciət qəbul edilir.
www.anews.az
























