Pentaqon rəhbərində koronavirus aşkarlandı

ABŞ müdafiə naziri Lloyd Ostində koronavirus aşkarlanıb, bu barədə Pentaqonun saytında bildirilib.
68 yaşlı Ostinin sözlərinə görə, onda yüngül simptomlar müşahidə olunur. Müdafiə naziri həkimin tövsiyələrinə əməl etdiyini və növbəti beş gün ərzində evdə karantində qalacağını bildirib.
www.anews.az
























