Qazaxıstandakı aksiyalarda 200-dən çox insan polis bölməsinə aparıldı

Qazaxıstanın bir sıra bölgələrində maye qazın bahalaşması ilə bağlı keçirilən etiraz aksiyalarında 200-dən çox insan saxlanılıb.
Məlumata görə, yerli hüquq-mühafizə orqanlarının və prokurorluğun xəbərdarlığına baxmayaraq, ölkə vətəndaşları yolları bağlayıb, nəqliyyatın hərəkətinə maneə yaradıblar.
Aksiya zamanı Qazaxıstanın daxili işlər orqanlarının 95 əməkdaşı xəsarət alıb, 37 xidməti avtomobilə zərər dəyib.
www.anews.az
























