Ərdoğanla Japarov Qazaxıstandakı vəziyyəti müzakirə ediblər

Qırğızıstan və Türkiyə Prezidentləri Sadır Japarov və Rəcəb Tayyib Ərdoğan Qazaxıstandakı vəziyyəti telefonla müzakirə ediblər.
Telefon görüşü Türkiyə tərəfinin təşəbbüsü ilə baş tutub.
www.anews.az
"Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Qırğızıstan liderinin mətbuat xidməti məlumat yayıb.
"Ölkələrin liderləri ikitərəfli əməkdaşlığın perspektivlərini, regionda mövcud vəziyyəti, o cümlədən, Qazaxıstanda baş verən hadisələri müzakirə ediblər”, - məlumatda qeyd edilib.
www.anews.az
























