• $
  • €
  • ₽
  • ₺
  • £

Qazaxıstanda bir ailə komendant saatına görə güllələnib

Qazaxıstanda bir ailə komendant saatına görə güllələnib
13.01.2022 17:48
Qazaxıstanın Almatı vilayətinin Taldı-Kurqan şəhərində üç nəfərdən ibarət ailə komendant saatına görə güllələnib.

İnsident yanvarın 8-i baş verib.

Ailə ölkə vaxtı ilə 20:30-da öz avtomobilləri ilə evə qayıdırmış. Bu zaman maşın atəşə tutulub, nəticədə ailə başçısı Nurbolat Seytkulov, həyat yoldaşı Altınay Etaeva və 15 yaşlı qızları Nuray həlak olub.

Ailənin qohumlarının verdiyi məlumata görə, onlar komendant saatının 20:00-dan başladığını bilməyə bilərdilər. Maşının şüşələri salonu aydın şəkildə görməyə imkan verib və hərbçilər avtomobildə uşağın olduğunu görməli idilər. Bununla belə, heç kəs insidentin məhz necə baş verdiyini bilmir.

"Deyirlər ki, onlara hərbçilər atəş açıb. Çünki onlar patrul xidməti həyata keçirirlər. Lakin dəqiq bilmirik. Maşın hərbi hissəyə aparılıb”, - deyə qohumlardan biri qeyd edib.

Nurbolat Seytkulov və həyat yoldaşının 51 yaşı olub. Ailə başçısı zavodda işləyirmiş, həyat yoldaşı evdar qadın olub. Nuray isə məktəbli olub.

Hazırda hadisə ilə bağlı istintaq davam edir.

Qazaxıstanda kütləvi iğtişaşlar fonunda yanvarın 5-dən 19-na qədər fövqəladə vəziyyət rejimi tətbiq olunur.

Fövqəladə vəziyyət rejimi çərçivəsində 20:00-dan 07:00-a qədər komendant saatının da tətbiq olunacağı bildirilmişdi. Daha sonradan Almatı şəhərində komendant saatının vaxtı dəyişdirilərək 23:00-dan 07:00-a qədər edilib.(qafqazinfo)

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol