• $
  • €
  • ₽
  • ₺
  • £

Fransa Cənubi Qafqazda sülh olmasında maraqlı deyil

Fransa Cənubi Qafqazda sülh olmasında maraqlı deyil
19.01.2022 19:00
Fransanın Avropa və xarici işlər naziri Jan İv Lö Drianın bu ölkənin Milli Assambleyasında səsləndirdiyi fikirlər diplomatik ənənələrlə ziddiyyət təşkil etməklə yanaşı, Azərbaycana qarşı qərəzin, aqressiyanın bariz nümunəsidir.
 
Bu fakt Fransa kimi böyük dövlətçilik ənənələri olan bir ölkənin xarici işlər nazirinin siyasi və korporativ maraqlarının girovuna çevrildiyindən xəbər verir.
 
Bu sözləri millət vəkili, Avronest Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri Azər Kərimli deyib.
 
Deputat qeyd edib ki, Fransanın Avropa və xarici işlər nazirinin Milli Assambleyada təxribatçı hərəkətlərə yol verən Respublikaçılar partiyasının üzvü Erik Siottiyə davranışlarına görə irad bildirmək əvəzinə həddini aşması, onun Azərbaycanın suveren hüquqlarına qarşı həyata keçirilən provakasiya xarakterli əməllərin iştirakçılarından biri olduğunu nümayiş etdirir:
 
"Azərbaycan ərazilərinə qanunsuz səfər həyata keçirən Fransa prezidentliyinə namizəd Valeri Pekresin hərəkətləri, mahiyyət etibarilə bu ölkənin qanunvericiliyinə, eyni zamanda Fransanın üzərinə götürdüyü beynəlxalq öhdəliklərə ziddir. Jan İv Lö Drianın davranışı isə sübuta yetirir ki, Fransanın Avropa və xarici işlər naziri öz ölkəsinin qanunvericiliyinə belə məhəl qoymur, dövlətlərarası münasibətlərə xələl gətirən davranışları dəstəkləyir. Azərbaycan tərəfinin ölkəmizin ərazisinə rəsmi Bakının razılığı olmadan həyata keçirilən səfərlərin pislənilməsi beynəlxalq hüququn norma və prinsiplərinə, Azərbaycan Respublikasının beynəlxalq miqyasda tanınmış sərhədlərinin toxunulmazlığına, dövlətimizin suveren hüqüqlarına söykənən bir yanaşmadır. Bunun alternativi isə hüquqi nihilizim, məsuliyyətsizlik, beynəlxalq hüququn norma və prinsiplərini ayaqlar altına atan davranışların dəstəklənməsidir. Jan İv Lö Drianın davranışları Azərbaycan-Fransa münasibətlərinin normallaşması üçün yaranmış azsaylı imkanların tamamilə sıradan çıxmasına, Azərbaycanın ictimai rəyində tamamilə gözdən düşmüş bu ölkə ilə olan münasibətin daha da pisləşməsinə xidmət edir”.
 
Azər Kərimlinin sözlərinə görə, bu gün Cənubi Qafqazda mövcud olan həssas  durum bölgədə davamlı sülhə nail olmaq üçün daha proqressiv, dialoqu, birgəyaşayışı təşviq edən davranışların sərgilənməsini zəruri edir: "Fransanın Avropa və xarici işlər nazirinin əməli isə sübuta yetirir ki, indiki halda rəsmi Paris Cənubi Qafqazda sülhün, sabitliyin əldə olunmasında maraqlı deyil və Fransanın ayrı-ayrı siyasətçiləri tərəfindən həyata keçirilən davamlı təxribatların məqsədi bölgədə təhlükəsizliyin və sülhün təmin edilməsi ilə bağlı atılan addımlara zərbə vurmaqdan ibarətdir”.(MODERN.AZ)

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol