• $
  • €
  • ₽
  • ₺
  • £

“Omicron”a görə maksimum həyəcan səviyyəsi elan edildi, baş nazir toyunu təxirə saldı

“Omicron”a görə maksimum həyəcan səviyyəsi elan edildi, baş nazir toyunu təxirə saldı
23.01.2022 10:10
Yeni Zelandiya ölkə daxilində koronavirusun "omicron” ştamına 12 yoluxma halının aşkar olunması ilə əlaqədar maksimum həyəcan səviyyəsi elan edib.

"Qafqazinfo” xəbər verir ki, bu barədə Baş nazir Casinda Ardernin hökumət saytında yerləşdirilən bəyanatında bildirilib.

"Yeni Zelandiya yanvarın 23-də saat 23:59 dəqiqədə qırmızı rejimə keçəcək. Biz bilirik ki, Şimal və Cənub adalarında artıq yoluxma halları qeydə alınıb və bir neçə aviareysdə də yoluxma aşkar edilib”, - deyə Baş nazirin bəyanatında qeyd edilib.

Sənəddə vurğulanır ki, yeni ştama yoluxmuş iki nəfərin kütləvi tədbirə qatıldığı və nəticədə virusun ölkə əhalisinin əksəriyyətinə ötürülməsinə şərait yaratdığı məlumdur.
Bəyanatda, həmçinin qeyd edilir ki, hökumət virusun yayılmasının qarşısını almaq üçün tibbi maskadan istifadə, istənilən tədbirlərdə iştirakçıların sayının məhdudlaşdırılması kimi tədbirlərin tətbiqini davam etdirir.

Bu, ölkənin səhiyyə sisteminin üzərinə düşən yükü azaltmağa imkan yaradır. Bununla yanaşı, simptomların aşkar edildiyi şəxslərin testdən keçirilməsini sürətləndirmək, onların ünsiyyətdə olduğu şəxsləri nəzarətə almaq və təcrid etmək kimi addımlar da atılır.
C.Ardern, həmçinin peyvəndin ikinci dozasının qəbulundan dörd ay keçmiş vətəndaşları təcili surətdə buster dozanı almağa çağırıb.
Əlavə olaraq qeyd edək ki, Yeni Zelandiyada qırmızı, maksimum həyəcan səviyyəsi kütləvi lokdaunun elan olunmasını nəzərdə tutur. Ölkə ərazisindəki bütün müəssisələr və idarələr bağlanmasa da, restoran və barlar 100 nəfərdən artıq müştəri qəbul etməməlidirlər və bu zaman sosial məsafə saxlanılmalıdır. Həmçinin kütləvi tədbirlərdə peyvəndin tam dozasını qəbul etmiş 100 nəfərdən artıq şəxsin iştirakına icazə verilmir.
Bundan başqa, Casinda Ardern "qırmızı xəbərdarlıq” səviyyəsinin elan edilməsi səbəbindən televiziya aparıcısı Klark Qeydfordla toyunu təxirə salıb.

"Mənə gəlincə, toyum baş tutmayacaq və mən pandemiya səbəbindən oxşar hadisələrlə üzləşmiş bir çox digər həmyerlilərimə qoşuluram ” - deyə Baş nazir bildirib.
Qeyd edək ki, 2019-cu ildə nişanlanan cütlüyün Niv Te Aroha adlı üç yaşlı qızı var.


www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol