• $
  • €
  • ₽
  • ₺
  • £

İran dövlət televiziyasına kiberhücum edildi

İran dövlət televiziyasına kiberhücum edildi
27.01.2022 21:00
İranın dövlət televiziyasına kiberhücum edilib.

"Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, edilən kiberhücum nəticəsində televiziyanın yayımı zamanı bir neçə saniyə ərzində ekranda terror təşkilatı sayılan Xalq Mücahidləri Təşkilatının liderlərini tərifləyən məzmunlu video yayımlanıb.

Belə ki, İran Radio və Televiziya Qurumunun (İRİB) 1-ci kanalında ekranda qəfildən Xalq Mücahidləri Təşkilatının (HMÖ) liderləri Məryəm və Məsud Recevinin şəkli peyda olub.
Ekranda bir neçə saniyə qalan görüntüdə "Receviyə salam” və "Xameneiyə ölüm” kimi şüarlar yer alıb.
Bundan başqa, "Kuran TV” və "Pəyam” və "Cevan” radiostansiyalarına da hücum edilib.

"Bir neçə dəqiqə əvvəl naməlum şəxslər və ya qruplar Radio və Televiziya Korporasiyasının bəzi kanallarına hücum edib", - İRİB-in açıqlamasında deyilir.

Qeyd edək ki, 1965-ci ildə İranda şah rejiminə qarşı ortaya çıxan "İslam sosialist” ideologiyasına malik Xalq Mücahidləri Təşkilatı 1979-cu il inqilabından sonra Tehran administrasiyası ilə yollarını ayırıb. Bu prosesdə İranda mülki və hərbi hədəflərə hücumlar həyata keçirən təşkilat ABŞ, Avropa İttifaqı (Aİ) və Kanada tərəfindən terror təşkilatı kimi tanınıb. Aİ 2009-cu ildə, ABŞ və Kanada isə 2012-ci ildə təşkilatı terrorçular siyahısından çıxarıb.

Təşkilatın lideri Məsud Recevi 2003-cü ildə yoxa çıxandan sonra təşkilatı onun həyat yoldaşı Məryəm Recevi idarə edir.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol