• $
  • €
  • ₽
  • ₺
  • £

“Omikron”a yoluxma halında lazım olan dərmanlar - FOTO

“Omikron”a yoluxma halında lazım olan dərmanlar - FOTO
30.01.2022 14:30
Rusiyanın əməkdar həkimi Mixail Kaqan "omikron”un ilk simptomları aşkar edildikdə lazım olan dərmanlar barədə danışıb və evdəki ilk tibbi yardım dəstində lazım olan preparatları açıqlayıb.

Mütəxəssis temperaturun 38 dərəcədən çox qalxdığı zaman qızdırmasalıcı dərman qəbul etməyə başlamağı tövsiyə edib.
"Onlardan ən təhlükəsizi parasetamol və ibuprofen əsasında hazırlanan dərmanlardır. Aspirinlə isə diqqətli olmaq lazımdır. Uşaqlar üçün isə ümumiyyətlə əks göstərişdir”, - deyə o bildirib.

Şiddətli burun tıxanıqlığı üçün dərmanlar arasında ekspert vazokonstriktor spreylərdən, damcılardan və burun yuma məhlullarından istifadə etməyi məsləhət görüb.

"Selikli qişaların şişkinliyini azaltmaq üçün (burun "sıx tıxanmış” kimi hiss olunur) aptekdən hipertonik məhlullar, selikli qişaları və iltihab məhsullarını yumaq üçün isə izotonik məhlullar istəmək lazımdır”, -  deyə Kaqan izah edib.
Boğazdakı ağrıları aradan qaldırmaq üçün həkim qarqaraları (məsələn, "furatsilin”lə) məsləhət görüb.

Bundan əlavə, mütəxəssis qışda "D” vitamini qəbul etməyin vacibliyini qeyd edib.
"D” vitamininin tez təsir göstərmədiyini başa düşmək vacibdir. Əvvəldən və uzun müddətə istifadə olunmalıdır. Demək olar ki, hamımızın qışda onu içməyə ehtiyacı var, çünki biz aşağı insolyasiya şəraitində yaşayırıq. Əgər onu qəbul etməsəniz, immunitet reaksiyaları azala bilər, hər hansı bir xəstəlikdən qorunma zəifləyə bilər”, - deyə Kaqan sözlərini yekunlaşdırıb.
Mənbə: lenta.ru
 






www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol