• $
  • €
  • ₽
  • ₺
  • £

Yaxın beş ildə parol tarixə qovuşacaq: Onu “çip”lər əvəz edəcək - FOTO

Yaxın beş ildə parol tarixə qovuşacaq: Onu “çip”lər əvəz edəcək - FOTO
30.01.2022 17:30
İdentifikasiya üçün loqin və parolların istifadəsi yaxın 5 ildə tarixə qovuşa bilər.

Bu barədə Rusiyanın "Bilayn” şirkətinin rəqəmsal və yeni biznesin inkişafı üzrə icraçı vitse-prezidenti Yevgeni Çereşnev bildirib.

"Login/şifrə bağlaması, əslində, sizin haqqınızda heç nə bilməyən xidmətə kim olduğunuzu söyləmək və həqiqətən də siz olduğunuzu təsdiqləmək üçün bir yoldur. Çox güman ki, biz indi mövcud olan bəzi identifikatordan (loqin, elektron poçt və ya telefon nömrəsi) heç vaxt xilas olmayacağıq. Şifrəyə gəlincə, burada, əlbəttə ki, növbəti 5 ildə ondan istifadəni dayandırmaq şansı var, sadəcə olaraq, ona görə ki, parolu skorinq, yaxud biometriya üzrə çoxfaktorlu identifikasiya ilə əvəzləmək mümkün olacaq”, - deyə Çereşnev bildirib.

Onun sözlərinə görə, smartfonda çoxfaktorlu identifikasiya akkaunt və biometriyanın uyğunluğundan ibarət olacaq. Hazırda buna ən yaxın texnologiya mobil ID-dir.

"Növbəti addım texnologiyanı "kapot altında” daha mürəkkəb, lakin istifadə baxımından daha sadə etməkdir. Bu identifikasiya üsuluna alternativ kriptobioçip olacaq. İstəyənlər özlərinə implant yerləşdirə və identifikasiyadan keçə bilər. Bu yaxın 5-7 ilin perspektividir”, - ekspert əlavə edib.

Mənbə: RİA Novosti

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol