Conson Ukraynaya görə səfərini ləğv edib

Böyük Britaniyanın baş naziri Boris Conson Ukraynada vəziyyətin gərginləşməsi səbəbindən 2022-ci il fevralın ortasına nəzərdə tutulan Yaponiya səfərini təxirə salıb, bu barədə Yaponiyanın "Kyodo” agentliyi məlumat yayıb.
Səfər zamanı Conson yaponiyalı həmkarı Fumio Kisida ilə görüşməli, Covid-19-la mübarizə, o cümlədən ətraf mühitə atılan tullantıların neytrallaşdırılması məsələlərini müzakirə etməli idi.
www.anews.az
























