• $
  • €
  • ₽
  • ₺
  • £

Türkiyədə qiymət artımı ilə bağlı etiraz aksiyaları keçirilib

Türkiyədə qiymət artımı ilə bağlı etiraz aksiyaları keçirilib
31.01.2022 18:15
Bu gün Konacık Məhəlləsindəki AYDEM (Aydem Elektrik Pərakəndə Satışı) Bodrum Müştəri Xidmətləri Mərkəzinin qarşısında bir qrup Türkiyə vətəndaşı elektrik enerjisinin bahalaşmasına etiraz edib. CHP bələdiyyə sədri Xəlil Karahan, İYİ Partiya bələdiyyə sədir Nevzat Kamber və siyasi təşkilatların nümayəndələri də vətəndaşlara dəstək verib.
 
Etirazçılar "elektrik enerjisi haqdır satıla bilməz, borcumuzu hökümətə ödədəcəyik", "elektrik ilə soyğunçuluğa son", "elektrik enerjisində bahalaşmaları ləğv edin" yazılmış pankart və plakatlar qaldırıb. Daha sonra aksiya təşkilatçıları AYDEM-in binasının önünə "İşıq pulu çox yazır, buna bir çarə tapın” yazısı olan qara çələng qoyub.
 
 Geologiya Mühəndisləri Palatasının Muğla Nümayəndəsi Mustafa Ərdoğan Sözçü xəbər saytına  bildiib ki, davamlı olan qiymət artımları Bodrum sakinlərinin haqlı etirazına səbəb olub.
 
"Normalda 1000 TL-yə gələn hesab bu ay 4 min TL oldu, mənim iş yerimə də həmişə 450 TL işıq pulu yazırdısa bu dəfə 1650 TL idi. Bu vicdansızlıqdır. Biz hər cür - hüquqi üsullardan və etiraz formalarından istifadə etməklə bu artımların geri götürülməsini təmin edəcəyik”, - deyə o vurğuladı
 
Etirazçıların çağırışlarına yoldan keçən vətəndaşlar da qoşulub.  Aksiya baş tutan küçədə yolda tıxacın yaranıb. Hadisə yerinə gələn polis vətəndaşlara yolun açılmasını və etirazı dayandırmağı tələb edib. Tələbdən sonra etirazçılar və polislər arasında qarşıdurma yaranıb. 
 
AYDEM məsələ ilə bağlı öz internet səhifələrində açıqlama yayıb.

"23 yanvar 2022-ci ildə həyata keçirilən sistem yeniləməsi ilə əlaqədar olaraq xəta baş verib. Bir qrup abunəçinin elektrik enrjisinə borcu səhv hesablanıb. Düzəliş edilmiş borc qəbzləri ən qısa zamanda müştərilərimizə çatdırılacaq”, - deyə açıqlamada bildirilib. (sözçü)

 Ləman Qasımova 

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol