Almatıda sabahdan yüksək səviyyəli terror təhlükəsi ləğv edilir

Qazaxıstanın Almatı şəhərində vəziyyətin sabitləşməsi ilə əlaqədar fevralın 7-dən terror təhlükəsinin yüksək narıncı səviyyəsi ləğv ediləcək.
Bu barədə əməliyyat qərargahı məlumat yayıb.
Qərargah rəisinin verdiyi qərara əsasən, yüksək narıncı səviyyənin olduğu ərazidə aksiyalar ləğv edilib.
www.anews.az
























