• $
  • €
  • ₽
  • ₺
  • £

Cinsi yolla keçən, antibiotiklərə davamlı virus yayılır

Cinsi yolla keçən, antibiotiklərə davamlı virus yayılır
12.02.2022 09:35
Əsasən 20 yaşlarında olan insanlarda müşahidə edilən, cinsi yolla keçən bakteriya İngiltərədə sürətlə yayılıb, bu barədə Böyük Britaniyada tibb işçiləri xəbərdarlıq edib.
 
Neisseria gonorrhoeae adlanan bu bakteriyanın antibiotiklərə davamlı olduğu bildirilib.
 
İngiltərə Sağlamlıq Təhlükəsizliyi Agentliyi qısa müddətdə 4 infeksiyaya yoluxma faktının qeydə alındığını söyləyib.
 
Sonuncu xəstəlik faktları Londonda və Midlandsda yaşayan, 20 yaşlı  heteroseksual cütlüklərdə qeydə alınıb.

Bu bakteriyanın İngiltərədə istifadə edilən Seftriakson antibiotikinə davamlı olduğu tədqiqatlar zamanı üzə çıxıb.

Səlahiyyətlilər cinsi yolla keçən bu bakteriyanın xüsusilə Asiya-Sakit Okean bölgələrində rast gəlinən, qısa adı ilə gonococcus olaraq bilindiyini vurğulayıb.

"Bir neçə ildir ki, bu bakteriyaya yoluxma halı qeydə alınmayıb. İndi son 2 ayda dörd hadisə gördük. Bunun uzunmüddətli epidemiyanın başlanğıcı olub-olmadığını söyləmək hələ tezdir. Amma ümumilikdə cinsi yolla keçən xəstəliklərin artdığını deyə bilərik. Əgər bu bakteriya və viruslara qarşı düzgün müalicə tətbiq edilməzsə, bu həm xəstələnən adamın, həm də yoldaşının sağlamlığına uzunmüddətli təsir göstərəcək. Siz mümkün qədər tez tədbir görməlisiniz”, - deyə Britaniya Sağlamlıq Təhlükəsizliyi Agentliyinin Cinsi yolla keçən xəstəliklər şöbəsinin rəhbəri Dr. Katy Sinka bildirib.

"Vaginal cinsi əlaqə zamanı sözügedən virusun kişilərə yoluxma riski 20 %, qadınların yoluxma riski 60-80 %`dir. Ana doğuş zamanı yenidoğulana yoluxdura bilər. İnfeksiya yenidoğulmuşun gözünə düşərsə Ophthalmia neonatorum adlı xəstəlik əmələ gəlir.Xəstəliyin əlamətləri yoluxmadan 2-14 gün sonra (çox hallarda 4-6 gün sonra) başlayır.

Qadınların təqribən yarısında simptomsuz gedir. Yəni heç bir klinik əlamət vermir. Digərlərində isə güclənmiş vaginal ifrazat, dizuriya (sidiyə tez tez və ağrılı getmə), uretral axıntı, abnormal vaginal qanaxma, vulval qaşıntı və yandırma hissi, qarının aşağı hissəsində ağrılar olur. Cinsi əlaqənin də ağrılı olması qeyd edilir.Kişilərdə uretradan (sidik kanalından) ifrazatın gəlməsi, sidik kanalı daxilində qaşıntının olması, sidiyə tez-tez və ağrılı getmə xarakterikdir. İfrazat bol miqdarda sarımtıl rəngli və iyli olur.
 
Əsas müalicə antibiotiklərlə aparılır. Müalicəsi iki antibiotiklə aparılır. Hazırda avropa və amerikada 1 günlük müalicə rejimi tətiq olunur. Ağırlaşmamış qonorreya 1 günlük müalicə kursu ilə tamamilə sağala bilir. Lakin qonorreya infeksiyası əsasən xlamidiya və mikoplazma infeksiyaları ilə birgə rast gəlindiyi üçün onların da müalicəsinə ehtiyac olur. Son zamanlar Qonorreyanın dərmanlara (antibiotiklərə) davamlı bəzi ştamları meydana çıxmışdır ki, bu da müalicədə çətinlik törədir. Əgər birinci kursda sağalma tam baş vermirsə, yaxmanın antibiotikə həssaslığı öyrənilməlidir. Dərmanları düzgün qəbul etməmək belə mikrob ştamlarının meydana çıxmasına səbəb olur və sağalma prosesi çətinləşir. Buna görə də antibiotiklərin həm seçimi, həm dozası, həm də qəbul olunma qaydası çox dəqiq seçilməlidir. Bəzi hesablamalara görə bu mikrobların gələcəkdə müalicəsi xeyli çətinlik törədəcək", - deyə tədqiqatlar zamanı bildirilib. 

Açıqlamada bu xəstəliyin yayılmasının qarşısını almaq üçün prezervativdən istifadənin və mütəmadi olaraq testlərin aparılmasının vacibliyi vurğulanıb.

Ləman Qasımova

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol