Türkiyənin tanınmış psixiatrı və yazıçısı Haydar Dümen 91 yaşında dünyasını dəyişib.
Psixiatrın koronavirusdan öldüyü bildirilib.
"Posta” qəzetinin köşə yazarı olan H.Dümen ötən gün dəfn edilib.
Haydar Dümen 1931-ci ildə Türkiyənin Uşak şəhərində doğulub. O, psixiatriya və seksologiya sahələri üzrə mütəxəssis olub. Dümen xüsusilə cinsi mövzulardakı problemləri yumor anlayışı ilə qələmə alaraq geniş oxucu kütləsinə sahib olub.