Ərdoğan Şuşa Bəyannaməsini təsdiqlədi - Yenilənib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türk Dövlətləri Təşkilatının (TDT) Ağsaqqallar Şurasının heyətini qəbul edib.
Görüşdə Ərdoğan Ağsaqqallar Şurasının fevralın 9-u İstanbulda keçirilən 12-ci toplantısı barədə məlumatlandırılıb.
***
Prezident Rəcəb Tayyib Ərdoğan Şuşa Bəyannaməsinin "Rəsmi Gazete”də dərc edilərək qüvvəyə minməsi ilə bağlı Fərman imzalayıb.
Ərdoğan sənədi Türk Dövlətləri Təşkilatı Ağsaqqallar Şurasının nümayəndə heyətini qəbul edərkən təsdiqləyib
www.anews.az
























