"Biz qalib gələcəyik" - Zelenskidən ÇAĞIRIŞ

Ukrayna Prezidenti Vladimir Zelenski Rusiya ordusunun ölkəyə soxulması ilə bağlı Ukrayna xalqına müraciət edib.
Zelenski bütün ölkədə hərbi vəziyyətin elan olunduğunu bildirib:
"Biz sakitik, güclüyük. Hər kəsə qalib gələcəyik. Eşq olsun Ukraynaya!”
Fevralın 24-də Rusiya prezidenti Vladimir Putin Rusiya və Ukrayna vətəndaşlarına müraciət edib. O, LXR və DXR rəhbərlərinin kömək xahişinə cavab olaraq Donbası qorumaq üçün hərbi xüsusi əməliyyat keçirmək qərarına gəldiyini söyləyib.
























