Ukrayna Ordusu 40 hərbçisini itirib, dinc sakinlər arasında 10-a qədər ölən var, bu barədə Zelenskinin ofisinin rəhbərinin müşaviri Oleksiy Arestoviç açıqlama verib.
Fevralın 24-də Rusiya prezidenti Vladimir Putin Rusiya və Ukrayna vətəndaşlarına müraciət edib. O, LXR və DXR rəhbərlərinin kömək xahişinə cavab olaraq Donbası qorumaq üçün hərbi xüsusi əməliyyat keçirmək qərarına gəldiyini söyləyib.