NATO şərq cinahını gücləndirmək üçün addımlar atır

NATO-ya üzv ölkələr şərq cinahında quru, dəniz və hava qüvvələrini gücləndirmək barədə razılığa gəliblər. Bu barədə NATO səfirlərinin fövqəladə danışıqlardan sonra verdiyi bəyanatda bildirilir.
"Bu gün biz Vaşinqton müqaviləsinin 4-cü maddəsinə uyğun olaraq məsləhətləşmələr apardıq. Biz alyans daxilində müdafiəni daha da gücləndirmək üçün əlavə addımlar atmağa qərar verdik. Tədbirlərimiz qabaqlayıcı, mütənasib və gərginləşdirici xarakter daşımır", - NATO alyans ölkələrinin səfirlərinin Brüsseldəki görüşündən sonra bildirib.
Fevralın 24-də Rusiya prezidenti Vladimir Putin Rusiya və Ukrayna vətəndaşlarına müraciət edib. O, LXR və DXR rəhbərlərinin kömək xahişinə cavab olaraq Donbası qorumaq üçün hərbi xüsusi əməliyyat keçirmək qərarına gəldiyini söyləyib.
Gülnar
























