Britaniyanın Baş naziri: "Ukraynanı müdafiə edəcəyik"

Böyük Britaniya Ukraynanı müdafiə edəcək, bunu ölkənin Baş naziri Boris Conson deyib.
"Ukraynanın rus diktatorluğuna boyun əyəcəyinə inanmıram. Bu, ancaq Ukraynaya deyil, demokratiyaya hücumdur”, - o bildirib.
Fevralın 24-də Rusiya prezidenti Vladimir Putin Rusiya və Ukrayna vətəndaşlarına müraciət edib. O, LXR və DXR rəhbərlərinin kömək xahişinə cavab olaraq Donbası qorumaq üçün hərbi xüsusi əməliyyat keçirmək qərarına gəldiyini söyləyib.
www.anews.az
























