• $
  • €
  • ₽
  • ₺
  • £

Putin Ukrayna ilə danışıqlara hazırdır - Peskov

Putin Ukrayna ilə danışıqlara hazırdır - Peskov
25.02.2022 17:09
Vladimir Putin Ukrayna ilə danışıqlar aparmaq üçün Minskə Rusiya nümayəndə heyətini göndərməyə hazırdır, bunu Kreml mətbuat katibi Dmitri Peskov deyib.

Onun sözlərinə görə, Rusiya nümayəndə heyətinə Müdafiə Nazirliyi, Xarici İşlər Nazirliyi və Kreml administrasiyasının nümayəndələri daxil olacaq.

"Zelenski Ukraynanın neytral statusunu müzakirə etməyə hazır olduğunu açıqlayıb. Əvvəlcə Rusiya Prezidenti Vladimir Putin bildirib ki, əməliyyatın məqsədi LXR və DXR-ə kömək etmək, o cümlədən Ukraynanın demilitarizasiyası və denazifikasiyasıdır. Əslində bu, neytral statusun tərkib hissəsidir”, - deyə o, izah edib.
 
Fevralın 24-də Rusiya Prezidenti Vladimir Putin rusiyalılara müraciətdə Donbasda xüsusi əməliyyat keçirilməsi barədə qərar qəbul etdiyini bildirib.

O qeyd edib ki, kim kənardan bu prosesə qarışsa, cavabı sərt olacaq.

"Bu prosesə qarışan olsa tarixində görmədiyi cavabı alacaq. Bunun üçün artıq bütün qərarlar qəbul edilib. Biz hadisələrin istənilən inkişafına hazırıq. Ümid edirəm ki, məni eşitdiniz!", - deyə o bildirib.

Dünəndən etibarən Ukraynanın bir neçə şəhərində insanlar metro stansiyalarından sığınacaq kimi istifadə edir. Ukraynanın paytaxtı Kiyevdə komendant saatı, eləcə də hava hücumu barədə xəbərdarlıq elan edilib. Dövlət qurumları insanları bombalara qarşı  sığınacaqlarda yerləşməyə çağırıb.
 
Hava hücumu barədə xəbərdarlıq həmçinin Lvovda elan olunub. Paytaxt Kiyevi tərk edən xarici ölkə səfirliklərinin xeyli hissəsi məhz bu şəhərə köçüb.

Bir qədər öncə Ukrayna Prezidenti Vladimir Zelenskinin ofisinin rəhbəri Mixail Podolyak Kiyevin  Rusiya ilə danışıqlara hazır olduğunu demişdi. 

"Əgər danışıqlar mümkündürsə, onları aparmaq lazımdır. Əgər Moskvada desələr ki, danışıqlar, o cümlədən neytral status barədə, aparmaq istəyirlər, biz bundan qorxmuruq. Biz bu barədə də danışa bilərik", - Podolyak Reuters-ə deyib.

Bu arada İtaliyanın Baş naziri Mario Draqi bildirib ki, Zelenski  ilə onun 1,5 saat əvvəl nəzərdə tutulan telefon danışığı bəlli olmayan səbəbdən baş tutmayıb. 
 
Ləman Qasımova

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol