• $
  • €
  • ₽
  • ₺
  • £

Lavrov rəsmi Kiyevi, Ukrayna diplomatları isə Kremli qınayır

Lavrov rəsmi Kiyevi, Ukrayna diplomatları isə Kremli qınayır
26.02.2022 19:10
Rəsmi Moskva Ukraynadakı problemin tezliklə həlli üçün bütün konstruktiv qüvvələrlə sıx əməkdaşlığa hazırdır, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə telefonla danışığında deyib.
  
Ukrayna prezidentinin aparat rəhbərinin digər müşaviri Aleksey Arestoviç Rusiyanın Kiyevə qəbuledilməz şərtlər verdiyini və bunu ölkəni təslim olmağa məcbur etmək cəhdi adlandırdığını deyib.

"Ukraynanın demilitarizasiyası və denasionalizasiyası, bu ölkənin mülki əhalisinin təhlükəsizliyinin təmin edilməsi, Rusiya Federasiyasının qanuni maraqlarının müdafiəsi istiqamətində həyata keçirilən kompleks tədbirlərin əsas məqsəd və vəzifələri vurğulanıb.

Ukraynadakı probleminin sülh və sabitlik naminə ən qısa zamanda davamlı həlli üçün Rusiya tərəfinin bütün konstruktiv qüvvələrlə sıx əməkdaşlığa hazır olduğu vurğulanıb”, - Rusiya XİN-in açıqlamasında deyilir.
 
Ukrayna prezidentinin aparat rəhbərinin müşaviri Mixail Podolyak isə BBC-nin Ukrayna xidmətinə bildirib ki,  Kiyev Rusiya ilə qəbuledilməz şərtlər və ultimatumlar olmadan  tamhüquqlu tərəf kimi danışıqlar apara bilər.
 
Daha əvvəl Kreml bildirib ki,  Kiyev danışıqlardan imtina edib. 
 
"İstənilən müharibə qaçılmaz olaraq danışıqlarla başa çatır. Onların guya danışıqlardan imtina etdiyimizi söyləmələri onların taktikasının bir hissəsidir.Danışıqları hələ başlamamış dalana aparmağa çalışırlar. ", - Podolyak bildirib.

 
Ləman Qasımova
 


www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol