• $
  • €
  • ₽
  • ₺
  • £

Rusiya Kiyev ətrafındakı aerodromlara niyə maraq göstərir?

Rusiya Kiyev ətrafındakı aerodromlara niyə maraq göstərir?
27.02.2022 08:13
Fevralın 24-dən Ukraynaya müharibə elan etmiş Rusiyanın silahlı qüvvələri artıq bir neçə gündür ki Kiyev ətrafındakı aerodromları almağa cəhd edir. Ukraynada çalışan jurnalistlərin verdiyi xəbərə görə,  Kiyev vilayətində ən ağır döyüşlər Vasilkov şəhərində gedir. Niyə Rusiya bu aerodromlara belə maraq göstərir?

BBC jurnalisti İlya Barabanov hesab edir ki, Hostomeldəki "Antonov" hava limanında uçuş-enmə zolağı dağıdıldığından, Julyanıda da uğursuzluğa düçar olduqdan sonra  ruslar  Vasilkovo aerodromunu ələ keçirməyə çalışırlar.

Məntiq sadədir. Ruslara qoşunları yerə endirmək və oradan şəhərə qarşı hücumu təmin etmək  lazımdır. Amma indi üçüncü yerdə işləmir.

Əgər ruslar Kiyevin əsas hava limanı olan Borispolda eniş etsə, oradan Kiyevin mərkəzinə gedən yolda körpüləri keçməli olacaqlar. Belə ki "Borispol" hava limanı Dnepr çayının sol sahilindədir. 

Beləliklə, ruslara yerüstü hücumu təmin etmək üçün ya Hostomeli, ya Vasilkovu, ya da Julyanını tutmaq vacibdir. Görünür şimalda yerləşən Çernobıldan hücum etmək  onlara yetərli deyil. 
 

 
Kiyevə hücum necə ola bilər? 

Britaniyanın istefada olan generalı Riçard Barrons Sky kanalında Kiyev uğrunda döyüşün necə gedəcəyindən danışıb.

Generalın sözlərinə görə, Ukrayna Silahlı Qüvvələrinin kifayət qədər uğurlu müdafiəsi və rusların maddi-texniki təminatı ilə bağlı problemlərinin yaranması  səbəbindən Rusiya qoşunlarının Ukrayna paytaxtına hücumu artıq ləngiyib. Lakin  Rusiya bazar günü öz qüvvələrini Kiyevin kənarında toplayıb şəhəri ələ keçirməyə çalışa bilər.

"Rus tankları, şübhəsiz ki, prezident sarayına doğru irəliləyəcək, yol boyu təkcə Ukrayna hərbçilərinin deyil, həm də sadə vətəndaşların sərt müqaviməti ilə qarşılaşacaq. Kiyevin mərkəzində rus texnikası ciddi müqavimətlə rastlaşacaq və bu şübhəsiz,  şəhərdə əhəmiyyətli dağıntılara və dinc əhalinin ölümünə səbəb olacaq" - ingilis generalı bildirib.

Təbii ki, Ukrayna Silahlı Qüvvələri şimal-qərbdən paytaxta yaxınlaşan yerlərdə rusları saxlamağa cəhd edə bilər, lakin o zaman Ukrayna bölmələri düşmənin raket və hava zərbələri üçün asan hədəfə çevriləcək.

Digər variant isə generalın fikrincə, rus tanklarını onlara fəal müqavimət göstərmədən mərkəzə buraxmaq (bu, əhəmiyyətli itkilərin və dağıntıların qarşısını alacaq) və artıq mərkəzdə olan düşmənə hücum etməkdir, burada onun qüvvələrini koordinasiya etmək daha çətin olacaq.

General əmindir ki, şəhərin əhəmiyyətli hissəsini xarabalığa çevirmədən Kiyevi ələ keçirmək ruslara çətin olacaq.  Bunu rus komandanlığı da başa düşür. 

Ukrayna üçün başqa mümkün strategiya rusların arxasına zərbə endirmək, onların rabitə və təchizat sistemini pozmaqdır, çünki döyüşün davam etdirilməsi üçün lazım olan texnikanı ruslar onlardan 200 km aralıda yerləşən xaricdən gətirirlər.

Ser Riçardın fikrincə, hər şey şərq cəbhəsindədir. Kreml, görünür, Ukraynanın əsasən rusdilli vətəndaşlarının məskunlaşdığı şərq rayonlarının rus qoşunlarına o qədər də müqavimət göstərməyəcəyini və onları  qəbul edəcəyini gözləyirdi.

"Lakin Moskva yanılıb. Şərqdə isə rusların irəliləməsi dayandırılıb", Barrons vurğulayıb.
 
Gülnar Nazimqızı


www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol