• $
  • €
  • ₽
  • ₺
  • £

Bu gün BMT Baş Assambleyasında Rusiyanın məsələsinə baxılacaq

Bu gün BMT Baş Assambleyasında Rusiyanın məsələsinə baxılacaq
27.02.2022 08:35
Fevralın 27-də  BMT Təhlükəsizlik Şurası  BMT Baş Assambleyasının xüsusi sessiyasının çağırılmasına səs verəcək. Həmin sessiyada Rusiyanın Ukraynaya hücumunu pisləyən qətnamənin qəbulu gözlənilir. Təhlükəsizlik Şurasının iclası Ukraynanın tələbi və ABŞ ilə Albaniya tərəfindən çağırılıb.

Bir gün əvvəl Təhlükəsizlik Şurasında səsvermə zamanı Rusiya onun Ukraynaya  təcavüzü ilə bağlı qəbul olunmalı qətnaməyə veto qoyub. Odur ki, indi  qətnamə müəllifləri onu Baş Assambleyanın iclasına təqdim etmək istəyndədirlər. 

Təhlükəsizlik Şurasında 15 ölkədən 11-i qətnamənin lehinə səs verib. Baş Assambleyanın sessiyasının çağırılması üçün isə doqquz səs kifayətdir.

"France Press” agentliyi adlarının anonim saxlanmasını istəyən diplomatlara istinadən bildirir ki, Ukrayna və onun müttəfiqləri dünyanın 193 ölkəsindən ən azı 100-dən çoxunun Baş Assambleyanın  sessiyasında Rusiyanı pisləyəcək və onun BMT Nizamnaməsini pozması ilə bağlı sənədə səs verəcəklər. 

Təhlükəsizlik Şurasının daimi üzvlərinin Baş Assambleyanın sessiyalarında veto qoymaq hüququ yoxdur. Amma onu da nəzərə almaq lazımdır ki, Təhlükəsizlik Şurasının qətnamələrindən fərqli olaraq Baş Assambleyanın qətnamələrinin mütləq yerinə yetirilməsi kimi öhdəlik yoxdur. 
 
N.Təbrizli

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol