• $
  • €
  • ₽
  • ₺
  • £

Ukrayna Rusiya ilə danışıqlara gedir - Zelenskinin ofisi - TƏCİLİ

Ukrayna Rusiya ilə  danışıqlara gedir  - Zelenskinin ofisi  - TƏCİLİ
27.02.2022 17:58
Rusiya ilə Ukrayna arasında danışıqlar baş tutacaq. Bu barədə Vladimir Zelenskinin ofisi bəyanat yayıb.
 
Ukrayna prezidentinin ofisinin yaydığı bəyanatda deyilir:

"Aleksandr Lukaşenko Vladimir Zelenskiyə zəng edib. Siyasətçilər Ukrayna nümayəndə heyətinin Rusiya nümayəndə heyəti ilə heç bir öncədən şərt olmadan Ukrayna-Belarus sərhədində, Pripyat çayı yaxınlığında görüşəcəyi ilə bağlı razılığa gəliblər. Aleksandr Lukaşenko görüş zamanı Belarus ərazisində olan bütün təyyarələrin, helikopter və raketlərin durduqları yerdən tərpədilməyəcəyinə şəxsən zəmanət verib. 

Bundan əvvəl Minskdə Ukrayna nümayəndə heyətinin Rusiya tərəfi ilə danışıqlar aparmaq üçün Qomelə yola düşdüyü açıqlanıb.
 
Danışıqlarda Ukraynanı Xarici İşlər Nazirinin müavini Nikolay Toçitski təmsil edəcək.

O, Ukraynanın aparıcı diplomatlarından biridir. Eyni zamanda ölkənin Avropa İttifaqı missiyasındakı rəhbəri olub.

Danışıqların baş tutacağını Rusiya nümayəndə heyətinin rəhbəri Vladimir Medinski də təsdiqləyib. 


www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol