Britaniya limanlarını Rusiya gəmiləri üçün bağlayır

Böyük Britaniya höküməti ölkədəki limanlara Rusiya gəmilərini buraxmamağa tövsiyə edib. Bu barədə nəqliyyat naziri Qrant Şapps Tvitter səhifəsində məlumat verib.
"Bu gün mən Böyük Britaniyanın bütün limanlarına məktub yazdım və onlardan Rusiya Federasiyasının sahib olduğu, nəzarət etdiyi və ya kirayə götürdüyü gəmilərə giriş icazəsi verməmələrini xahiş etmişəm", - o bildirib.

www.anews.az
























