"Budurmu qardaşlıq?" - Zelenski Rusiyanı hərbi cinayətdə ittiham edir

Bazar ertəsi axşam Ukrayna prezidenti Vladimir Zelenski yeni videomüraciət edib və Rusiyanı hərbi cinayətdə ittiham edib.
"Rusiya qüvvələri bu gün Xarkovu vəhşicəsinə atəşə tutub - bu, müharibə cinayətidir", - Vladimir Zelenski bildirib.
Onun sözlərinə görə, onlarla şahid ifadələri sübut edir ki, insanların qəsdən məhv edilir. "Rus hərbçiləri hara atəş açdıqlarını bilirdilər. Bu cinayətə mütləq tribunalda baxılmalıdır. Beynəlxalq tribunalda", - Ukrayna prezidenti əlavə edib.
Daha sonra Zelenski "qardaşlıq, dostluq bunamı deyilir?”, deyə xitab edib.
Rusiya mülki vətəndaşlara hücum etdiyini inkar edir və hərbiçilərin ancaq hərbi obyektləri hədəf aldığını bildirir.
www.anews.az
























