• $
  • €
  • ₽
  • ₺
  • £

Jurnalistlər "putinpərəst" xəbərləri oxumaqdan imtina edir, istefa verirlər - Reuters

Jurnalistlər "putinpərəst" xəbərləri oxumaqdan imtina edir, istefa verirlər - Reuters
01.03.2022 10:41
Rusiya prezidenti Vladimir Putin Ukraynaya müharibə elan edəndən bəri "putinpərəst" Ruptly xəbər videoagentliyinin jurnalistləri bir-birinin ardınca istefa verməyə başlayıb. Buna səbəb onların efirdə Rusiyanın Ukraynaya təcavüzünü "xüsusi əməliyyat" adlandırmaqdan imtina etməsi olub. Bu barədə Reuters agentliyi xəbər verir.

Putin siyasətini təbliğ etmək məqsədi ilə yaradılan Ruptly videoagentliyi RT telekompaniyası və Sputnik xəbər agentliyi ilə eyni mənbədən maliyyələşir. 

Ruptly videoagentliyinin  səhər iclaslarından birinin audioyazısı Reuters agentliyinin əlinə düşüb. Həmin audioyazıda jurnalistlərin Ruptly rəhbərliyinə etiraz etdikləri açıq bildirilir. 

Bundan başqa adının anoniim saxlanmasını istəyən Ruptly jurnalistlərindən biri də Reuters-ə bu məlumatı təsdiqləyib.
 
"Ukraynaya təcavüz başlayandan sonra əməkdaşların bir qismi saxta xəstəlik kağızı aldı, bir qismi isə işdən istefa verdi. Bu biabırçılıqda iştirak etmək sonra da qaçqınların  düşərgəsinə gedib özünü yalandan onların halına acıyan kimi göstərmək olmaz", - o bildirib.  

Reuters-in əldə etdiyi məlumata görə, Ruptly-dan son günlər dəqiq 3 baş redaktor istefa verib. 

Hazırda Avropa Birliyi RT teleşirkətinin və Sputnik agentliyinin öz ərazisində fəaliyyətinin və yayımının dayandırılması barədə müzakirələr aparır. Hələlik Ruptly videoagentliyinin məsələsinə baxılmır. 

Reuters məsələyə Ruptly videoagentliyinin münasibətini öyrənmək bu şirkətin  mətbuat katibi Şon Linə müraciət edib. O, sorğuya cavabında deyib ki,  "bağışlayın fevralın-dan 25-dən mən  o şirkətdə  çalışmıram". 


N.Təbrizli

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol