• $
  • €
  • ₽
  • ₺
  • £

Jurnalist Ukraynanın Lvov şəhərindəki gördüklərindən YAZIR....

Jurnalist Ukraynanın Lvov şəhərindəki gördüklərindən YAZIR....
02.03.2022 21:05
Fevralın 24-dən Rusiya silahlı qüvvələri hərbi əməliyyatlar aparır, Ukraynanın hər yerində hədəflərə hava zərbələri endirir. Sərhədlərdə Ukrayna ordusu işğalçı rus bölmələri ilə döyüşür. Ukraynanın bir çox şəhərlərində mülki əhali öldürülüb evlər bombalanıb. Yerli sakinlərin bir qismi ölkəni tərk edib,bir qismi isə bunkerlərdə gizlənib.
 
BBC-nin müxbiri Svyatoslav Xomenko Ukraynanın şəhəri Lvovda bu gün gördüklərini belə şərh edir:
 
Boş bankomatları,ərzaq mağazalarının girişindəki növbələr və arabir hava hücumlarından boş qalan Kiyevdən sonra Lvov başqa bir planet kimi görünür.
 
Pulu gözləmədən çıxartmaq olar. Mağazalarda çörək var,onu istədiyiniz qədər ala bilərsiniz. Kiyevdə isə çörək qıtlığı var.
 
 Əsas məsələ küçələrdə insanların sayıdır. Lvov,prinsipcə,həmişə Ukraynanın turizm mərkəzi olub və burada həyat öz axarı ilə gedirdi. Amma indi hər şey başqadır. 
 
Bu gün,eyni küçələrdə,əllərində sevimli oyuncağını sıxan və qorxu ilə ətrafa baxan bir qızla daha çox rastlaşa bilərsiniz.Yaxud şəhərdə yatmağa yer tapmağa və ya Polşa sərhəddinə doğru tərk etmək üçün bir yol tapmağa çalışan ananı görə bilərsiniz. Ümumi səfərbərliklə bağlı Ukraynada 18 yaşdan 60 yaşa qədər kişilərin xaricə getməsi qadağan edilib. 
 
 Lvovda dəmir yolu vağzalının yaxınlığındakı meydanda Qızıl Xaç çadırları qurulur,könüllülər isə paltar,çay və sadə qəlyanaltı paylayırlar. Dəmir çəlləklərdə odun yanır-Lvovun məcburi qonaqları ocağın başında istiləşə bilərlər.
 
Tramvayın sonuna yaxın ağaca Vyetnam bayrağı yapışdırılır. Ağacın altında bir stol var və vyetnamlı qadın öz həmvətənlərinin adlarını və pasport nömrələrini dəftərə səliqəli əl yazısı ilə yazır.
 
Nam adlı bir tələbə ilə burada tanış oldum. Bir həftə əvvəl o, Xarkov universitetlərindən birində tələbə idi. İngiliscə izah edir ki, partlayışlar başladı və dörd gün ərzində şəhərdə ağlasığmaz dəhşətli bir şey baş verdi. Nəhayət,biz qatarla yola düşə bildik və indi-Polşa ərazisinə necə keçəyimizi gözləyirik. Namdan soruşuram:"Nə vaxtsa Ukraynaya qayıdacaqsınızmı?" O,emosiyaları və mimikaları ilə ifadə etməməyə çalışır və mümkün qədər diplomatik cavab verir: "Mən belə düşünmürəm".
 
Gülnar Nazimqızı
 
 

 


www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol