• $
  • €
  • ₽
  • ₺
  • £

Separatçılar Donetsk prokurorluğunu ələ keçiriblər: 15 nəfər yaralanıb - YENİLƏNİB

Separatçılar Donetsk prokurorluğunu ələ keçiriblər: 15 nəfər yaralanıb - YENİLƏNİB
01.05.2014 22:16
Ukraynanın Donetsk şəhərində yüzlərlə Rusiya yönümlü separatçılar Donetsk prokurorluğuna hücum edərək binanı ələ keçiriblər.
Qaynar.info-nun “BBC”-yə istinadən verdiyi xəbərə görə, hücum edən şəxslər binanı mühafizə edən milis əməkdaşlarını daş-qalaq ediblər, asayiş keşikçiləri isə buna cavab olaraq gözyaşardıcı və səs qumbaralarından istifadə edib.
 
İnzibati binanı ələ keçirən separatçılar milis əməkdaşlarını tərksilah edib, onlardan bir neçəsi müxtəlif xəsarətlərlə xəstəxanalara göndərilib.   
 
UNİAN-ın Ukrayna DİN-in mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, prokurorluq binasının mühafizəsi silahsız milis əməkdaşları tərəfindən həyata keçirilib.   
 
Agentliyin məlumatına görə, separatçılar hücum zamanı Milli Qvardiyanın əsgərlərinə qarşı odlu silahdan istifadə ediblər.  Asayiş keşikçiləri arasında bir yaralının olduğu bildirilir.  Yaralı xəstəxanaya yerləşdirilib.
 
Donetsk Şəhər Səhiyyə Departamentinin məlumatına görə, hücum zamanı 15 nəfər xəsarət alıb. “Xəsarət alanlar şəhərin müxtəlif tibb məntəqələrinin neyrocərrahiyyə və travmatoloji bölmələrinə yerləşdirilib. Güllə yaraları daxil olmaqla, xəsarətlər müxtəlif xarakterlidir”, deyə qurumdan bildirilib.   
 
Qeyd edək ki, prokurorluq binası 1 May bayramı münasibətilə Donetskdə təşkil olunmuş izdihamlı mitinqdən sonra ələ keçirilib. Məlumata görə, mitinq iştirakçıları Rusiya yönümlü və Ukrayna əleyhinə şüarlar səsləndirib.  
 
Binanı ələ keçirən separatçılar Ukrayna bayrağını və ölkə rəhbərlərinin portretlərini yandırıb.   
 
Ukrayna mətbuatının məlumatına görə, hücumda mindən çox insan iştirak edib.  
ANN.Az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol